Müdafiə Nazirliyi irimiqyaslı əməliyyat-taktiki təlimın görüntülərini yaydı- video
11.02.2015 881 0.0 0

Məlum olduğu kimi Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyevin tapşırığına əsasən  Müdafiə naziri general-polkovnik Zakir Həsənov ehtiyyatda olan olan hərbi vəzifəlilərin iri miqyaslı təlimlərini təşkil etmişdi.

Xatırladaq ki, bu təlimlərin təşkil olunmasında məqsəd, ehtiyyatda olan hərbi vəzifəlilərin döyüş qabiliyətlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirmək, silahlanmada olan yeni, müasir və modernləşdirilmiş silah və hərbi texnikanın nümunələri ilə yaxından tanış olmaq, onun düzgün istifadəsi və istismarı qaydalarını öyrətmək məqsədi daşıyırdı.

 

Təlimlərdə iştirak edən bütün qoşun növlərinin döyüş hazırlığının səviyyəsi, tapşırıqların yerinə yetirilməsinin operativliyi və səmərələliyi, qarşılıqlı fəaliyyətin və təminatın təşkili olunaraq, qarşıya qoyulan tapşırıqların icrası yoxlanılıb.

 


Təlim poliqonunda motoatıcı və tank bölmələrinin, raket və artilleriya qurğularının, zenit-raket komplekslərinin, döyüş təyyarə və helikopterlərinin döyüş atışları icra olunub, praktiki raket buraxılışları və bombalama həyata keçirilib.

Qazeta.info Silahlı Qüvvələrin irimiqyaslı əməliyyat-taktiki təlimlərindən video süjetini təqdim edir.

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar