Müdafiə naziri cəbhə xəttində yerləşən hərbi hissələrdə olub-FOTO
21.08.2015 632 0.0 0

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, hərbi şəhərciklərin kompleks şəkildə tikilərək istifadəyə verilməsi istiqamətində işlər davam etdirilir.
Qazeta.info Müdafiə Nazirliyinə istinadla bildirir ki, Müdafiə naziri  general-polkovnik Zakir Həsənov və nazirliyin rəhbər heyəti cəbhəboyu zonada tikilməkdə olan yeni hərbi şəhərciklərdə aparılan inşaat işlərinin gedişatını yoxlayıb.
Bütün cəbhəboyu ərazilərdə tikintiləri icra edən heyətlə görüşən Müdafiə naziri görülən işlərin keyfiyyətinə ciddi nəzarətin olunması, şəxsi heyət üçün nəzərdə tutulan tam infrastrukturla təmin ediləcək müasir tipli hərbi şəhərciklərdə inşaat işlərinin qısa müddətdə yekunlaşdırılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Müdafiə naziri ön xətdə yerləşən hərbi hissələrdə xidmət edən şəxsi heyətlə görüşüb, onların döyüş hazırlığı, sosial-məişət şəraiti, mənəvi-psixoloji vəziyyəti, döyüş texnikalarının hazırlıq səviyyəsi, imkanları və tətbiqi ilə maraqlanıb, eləcə də hərbi qulluqçularla birlikdə nahar edib.

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar