
Bakının Qaradağ rayonundakı 106 nömrəli ora məktəbin ibtidai sinif müəllimi Tünzalə Qasımova valideyn Samirə Heydərovanı mülki qaydada məhkəməyə verib.
S. Heydərovanın vəkili Lalə Mənsurova APA-ya açıqlamasında bildirib ki, işə Naxçıvan Muxtar Respublikasının Culfa Rayon Məhkəməsində baxılır.
Vəkil qeyd edib ki, S. Heydərovanın oğlu, həmin məktəbin 1-ci sinif şagirdi Nihal Heydərli müəllim tərəfindən döyülüb: "Bundan sonra Samirə Heydərova faktla bağlı hüquq-mühafizə orqanlarına müraciət etsə də, araşdırma aparılmayıb. Ona görə qarşı tərəf - yəni müəllim ona böhtan atıldığını iddia edərək, mənəvi zərərə görə valideyni məhkəməyə verib".
Vəkil onu da deyib ki, şagirdin döyülməsi faktı ilə bağlı onlar da qarşılıqlı olaraq məhkəməyə müraciət edəcəklər.