MTRŞ-dən Xoşqədəmin sirrini açan videoya - Münasibət
14.11.2016 1388 0.0 0

Biz bu məsələ haqda danışmaq istəmirik.

Bu sözləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin rəhbəri Təvəkkül Dadaşov Xoşqədəm Hidayətqızının “Səni axtarıram” verilişinin çəkilişləri zamanı baş verən hadisələrin əks etdirən videonun yayılması haqda Axar.az-a danışarkən deyib. O, kadr arxasında belə halların mümkünlüyünü bildirib:

“Biz bu məsələyə hər hansı bir münasibət bildirmək istəmirik. Kadr arxasında hər şey baş verə bilər”.

Qeyd edək ki, ATV kanalında 2014-cü ildə efirə gedən “Səni axtarıram” proqramının səhnə arxasında baş verənlərlə bağlı ötən gün yayılan və veriliş müəlliflərinin “mətbəx sirrini” açan video ciddi müzakirə mövzusuna çevrilib. Video yayıldıqdan sonra Xoşqədəm Hidayətqızının reytinq naminə ssenari qurduğunu, reallıqları deyil, səhnələşdirdiyi şounu nümayiş etdirdiyini bildirənlər bu halları qınayıblar.

Qeyd edək ki, dünya televiziyalarında analoji konsepsiya üzrə hazırlanan şou xarakterli verilişlərin istisnasız olaraq hamısı müəyyən dərəcədə ssenariləşdirilir və teatrallaşdırılır.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar