MSK-nın tərkibi yenidən formalaşdırılır
09.04.2016 694 0.0 0

Azərbaycan Mərkəzi Seçki Komissiyasının tərkibi yenidən formalaşdırılır.
 
Milli Məclisdən verilən məlumata görə, bununla bağlı sənəd aprelin 15-də keçiriləcək plenar iclasda müzakirəyə çıxarılacaq.
 
“Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzləyici üzvlərinin seçilməsi haqqında” layihədə V çağırışda Milli Məclisə nümayəndələri seçilmiş partiyaları MSK-da təmsil edəcək namizədlər əks olunub. 
 
V çağırış Milli Məclisdə Yeni Azərbaycan Partiyası, Böyük Quruluş Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Ana Vətən Partiyası, Vətəndaş Həmrəyliyi Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Sosial Rifah Partiyası, Azərbaycan Sosial Demokrat Partiyası, Vəhdət Partiyası və Demokratik İslahatlar Partiyasından deputatlar var. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar