MSK bu günə kimi irəli sürülən Deputatlığa namizədlərin sayını açıqlayıb
12.09.2015 742 0.0 0

Bu günə qədər Milli Məclis üzvlüyünə 498 nəfərin namizədliyi irəli sürülüb. 
 
Məlumata görə, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov açıqlayıb. 
 
Beləliklə, hazırda Milli Məclisə seçkilərdə 1 yerə 4 nəfər iddialıdır. 254 nəfərin namizədliyi siyasi partiyalar tərəfindən, 13 nəfərin namizədliyi isə “Azadlıq-2015” siyasi partiyalar bloku tərəfindən irəli sürülüb. 286 nəfərin namizədliyinin irəli sürülməsi artıq təsdiq olunub, onlara imza vərəqələri verilib. 
 
M. Pənahov qeyd edib ki, bu günə qədər seçkiləri müşahidə etmək üçün 74 müşahidəçi MSK-da qeydiyyatdan keçib. Onlardan 69 nəfər öz təşəbbüsü, 5 nəfər isə QHT-lərin təşəbbüsü ilə qeydiyyatdan keçənlərdir. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar