Moskvada dünən bu əsrin ən soyuq gecəsi olub
07.01.2017 2160 0.0 0

 Rusiyanın paytaxtı Moskvada dünənki gecə bu əsrdə ən soyuq olub.
"Report" xəbər verir ki, Rusiya Hidrometeorologiya Mərkəzindən paytaxtda havanın tempraturunun -29,8 dərəcəyə qədər aşağı düşdüyünü bildiriblər.
Bu qışın əvvəlki rekordu 1 gün əvvəl qeydə alınıb: Moskvada havanın tempraturu -27,2 dərəcəyə düşüb.
Qeyd edək ki, Rusiya Fövqəladə Hallar Nazirliyi daha əvvəldən həftə sonu Moskvada havanın temperaturunun -35 dərəcəyə qədər azalacağı ilə bağlı xəbərdarlıq edib və şəhər sakinlərini ehtiyac olmadan evlərini tərk etməməyə, sürücüləri isə xüsusi diqqətli olmağa çağırıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar