Moskvada azərbaycanlı iş adamına məxsus ticarət mərkəzi sökülür
16.02.2016 489 0.0 0

Moskvanın "Puşkinskaya" metrostansiyasının çıxışı yaxınlığında yerləşən "Piramida" ticarət mərkəzi fevralın 24-də söküləcək.

Qazeta.info "Report"-a istinadla  xəbər verir ki, bu barədə paytaxtın Ticarət və Xidmət Departamentinin rəhbəri Aleksey Nemeryuka istinadən TASS məlumat yayıb.

Məlumata görə, tikilinin yerində ictimai məkan yaradılacaq.

Ümumi sahəsi 1500 kv. metr olan ticarət mərkəzinin 1000 kv. metrinin sahibi Azərbaycan vətəndaşı Ramin Sultanovdur.

Ticarət mərkəzində fəaliyyət göstərən mağazalar ötən gündən etibarən bağlanmağa başlayıb.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar