Moskvada 2 ay təhlükəsizlik gücləndiriləcək - Futbola görə
02.03.2018 895 0.0 0

Mayın 25-dən iyulun 25-dək futbol üzrə dünya çempionatı ilə əlaqədar olaraq Rusiya paytaxtında təhlükəsizlik tədbirləri gücləndiriləcək.

 

Məlumata görə, həmin dövrdə Moskvada nəzarət olunan və qadağan edilmiş zonalar tətbiq olunacaq.

Həmçinin bir sıra azarkeşlərin futbol oyunlarını kafe-barlarda, əyləncə mərkəzlərində izləyəcəyini nəzərə alaraq, ictimai asayişin, infrastruktur obyektlərinin mühafizəsi gücləndiriləcək.

Qeyd edək ki, Rusiyada futbol üzrə dünya çempionatı ilk dəfə olaraq təşkil ediləcək. Turnir iyunun 14-dən iyulun 15-dək 11 şəhərin 12 stadionunda keçiriləcək./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar