Moqerini: İranın nüvə proqramına dair razılaşmanın iştirakçıları öhdəliklərini tam yerinə yetirirlər
21.09.2017 574 0.0 0

İranın nüvə proqramına dair razılaşmanın bütün iştirakçıları öhdəliklərini tam yerinə yetirirlər.

 

TASS agentliyinə istinadən verilən xəbərə görə, bunu Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini bəyan edib.

 

“Bu gün açıq və dürüst müzakirələrin şahidi olduq. Ümumi qənaətimizə görə, İranın nüvə proqramı üzrə razılaşmanın bütün iştirakçıları öhdəliklərini tam yerinə yetirirlər.  Bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentlik artıq səkkiz dəfə təsdiqləyib. Ayrı-ayrı mübahisəli məsələlərə görə danışıqları bərpa etməyə ehtiyac yoxdur”, deyə F.Moqerini vurğulayıb.

 

Bu gün Nyu-Yorkda, BMT Baş Assambleyasının 72-ci sessiyası çərçivəsində “altılıq” ölkələri və İran arasında görüş keçirilib. ABŞ, Rusiya, Fransa, Böyük Britaniya, Almaniya, Çin və İran XİN rəhbərləri İranın nüvə proqramına dair əldə olunmuş razılaşma ətrafında müzakirələr aparıblar./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar