Minik avtomobili qəzaya uğrayıb, sürücü ölüb
27.02.2017 846 0.0 0

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verilən xəbərə görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı-Quba yolunun 45-ci km-də “BMW” markalı minik avtomobilinin qəzaya uğraması barədə məlumat daxil olub.

Dərhal nazirliyin Sumqayıt Reqional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və hadisə zamanı vəfat etmiş sürücü, 1976-ci il təvəllüdlü Rzayev Emil Hafiz oğlunun cəsədini aidiyyatı üzrə təhvil veriblər./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar