Mingəçevirdə Milli Teatr Günü qeyd edilib
12.03.2016 519 0.0 0

Mart ayının 10-da Mingəçevir Dövlət Dram Teatrıda Azərbaycan Milli peşəkar,çağdaş teatrının 143 illik yubileyi ilə əlaqədar əbədi-bədii gecə keçirilmişdir.Gecədə Mingəçevir şəhər ziyalıları , şəhər icra hakimiyyətinin nümayəndələri və teatrın görkəmli xadimləri iştirak etmişdilər.Yubiley mərasimini giriş sözü ilə teatrın direktor muavini Vüsal Məmmədov açaraq,yubiley iştirakçılarını salamlamış,teatr ictimayyətini  Milli teatrımızın təşəkkülü və yaranışı münasibəti ilə səmimi qəlbdən təbrik etmişdir.
 Mingəçevir Dövlət Dram Teatrının rəhbəri Vüsal Məmmədovun Qazeta.info-ya verdiyi məlumata görə, Mingəçevir şəhər icra hakimiyyətinin nümayəndəsi  Sahib Əliyev  şəhər icra hakimiyyəti adından yubiley iştirakçılarına ən səmimi arzu və istəklərini bildirmiş teatrın yaradıcı heyyətinə müvəfəqqiyətlər arzu etmişdir.
Gənclər və İdman idarəsinin rəisi Kamal Nəcəfli öz növbəsində teatrın gənc aktyorlarından   Aytən Abdullayevanı  ,Paşa Salmanovu ,Asim Əmirovu  və Ceyhun Əhmədovu fəxri fərmanla mukafatlandırmışdır.Tədbirdə həmçinin  M.F  . Axundovun zəhmət və fəaliyyətini xususi olaraq qeyd etmişdir.Bildirilmişdir ki, məhz  M.F. Axundov fəaliyyəti sayəsində  Azərbaycanda çağdaş teatr sənətinin əsası qoyulmuş   və 1873-cü il 10 mart tarixində  görkəmli maarifpərvər ziyallarımız Həsən bəy Zərdabi və Nəcəf bəy Vəzirovun rəhbərliyi ilə “ Sərgüzəşti  vəziri xani – Lənkəran “ əsəri ilk dəfə milli səhnəmizdə oynanılmışdır.
Gecənin sonunda bədii hissədə əməkdar incəsənət xadimi , görkəmli rejissor Bəhram Osmanovun yazıçı  İlqar Fəhminin “ Son reportaj” adlı pyesi üzərə hazırlanmış olduğu tamaşa müvəffəqiyyətlə nümayiş  etdirilmişdir.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar