25 DEKABRA OLAN HAVA HAQQINDA MƏLUMAT
24.12.2014 794 0.0 0

Departamentinin məlumatına görə:
 

Bakıda və Abşeron yarımadasında
 

Dekabrın 25-də hava şəraitinin gün ərzində əsasən yağmursuz keçəcəyi, səhər bəzi yerlərdə zəif duman olacağı gözlənilir. 
 

Şimal-qərb küləyi səhər mülayimləşəcək, gündüz arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 3-6, gündüz 8-11 dərəcə isti olacağı gözlənilir.
 

Atmosfer təzyiqi 767 mm civə sütunundan 763 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz təşkil edəcək.
 

Azərbaycanın rayonlarında
 

Dekabrın 25-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. 
 

Havanın temperaturunun gecə 0-5, gündüz 9-14 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacağı gözlənilir. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar