Milli Şura və Qarabağ Komitəsinin mitinq keçirməsinə razılıq verilməyib
01.05.2019 650 0.0 0

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Milli Şuranın mayın 5-nə, Qarabağ Komitəsinin isə mayın 4-nə təyin etdiyi mitinqlə bağlı müraciətlərini cavablandırıb.

Qazeta.info “Report”un xəbərinə əsasən bildirir ki, BŞİH-də müraciətlərə baxılıb və hər iki siyasi qurumun İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş "Məhsul") mitinq keçirməsinə razılıq verilməyib.

Bu barədə mitinq təşkilatçıları məlumatlandırılıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar