Milli Şura Bakının mərkəzində aksiya keçirdi- VİDEO
08.10.2019 539 0.0 0

Bu gün Milli Şura Bakı Şəhər İcra Hakimiyyətinin  (BŞİH) önüdə aksiya keçirib.

Qazeta.info xəbər verir ki, BŞİH-in 28 sentyabr tarixində, Milli Şuranın piketlə bağlı müraciətinə razılıq verməməsinə cavab olaraq, Milli Şura bu gün saat 15:00-dan 16:00-dək Bakı Şəhər İcra Hakimiyyətinin inzibati binası ilə Azərbaycan Dövlət İqtisad Universiteti arasında yerləşən ərazidə aksiya keçirib.

Xatırladaq ki, bu gün aksiyanın keçirilməsi üçün 50 nəfərin iştirakına razılıq verilsə də, ərazidə nəzərdə tutulan iştirakçı sayından dəfələrlə çox vətəndaşların toplanması müşahidə olunub. Çoxsaylı insan axının müşahidə edən polis, küçə və prospektlərdə gediş-gəlişi məhdudlaşdırıb və kütləni ərazidən uzaqlaşdırmağa cəhd edib.

Daha sonra polis, BŞİH qarşısına aksiyanı keçirilmək üçün 50 yaxın insan buraxılmasına şərait yaradıb. Lakin aksiyada iştirak üçün gələn insan kütləsi, İçəri Şəhər metro stansiyası və yaxın ərazilərdə "İstefa" şüarları səsləndirib və sülalə hakimiyyətinə son qoyulmasını tələb ediblər.

Aksiya eyni zamanda media nümayəndələrinə kobud, xəsarət yetirici əməllərlə yanaşı, bir neçə etirazçının saxlanılaraq, polis avtomobilləri ilə naməlum istiamətlərə aparılması ilə də müşahidə olunub.

Bildirək ki, Milli Şura tərəfindən BŞİH-nin öndə aksiya keçirmək qərarı, hakimiyyətin Milli Şuranın 28 sentyabr tarixdə Bakının mərkəzi meydanlarından birində mitinq keçirməsinə razılıq verməməsindən sonra  qəbul edilmişdi.

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar