Milli Məclisin yaz sessiyasının son iclasının gündəliyi müəyyənləşib
23.05.2017 643 0.0 0

Azərbaycan Milli Məclisin mayın 31-də təyin olunmuş yaz sessiyasında son iclasının gündəliyi müəyyənləşib.

 

Məlumata görə, iclasın gündəliyinə 41 məsələ daxildir. Bunlar Azərbaycanın “2016-cı il üzrə dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi, Azərbaycanın bir sıra ölkələrlə imzaladığı sazişlərin ratifikasiyası, “Ədliyyə orqanlarında qulluq keçmə haqqında”, “Fövqəladə hallar orqanlarında qulluq keçmə haqqında”, “Diplomatik xidmət haqqında”, “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında”, “Haqsız rəqabət haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında” və digər bir sıra qanunlara, o cümlədən Vergi, Torpaq, Əmək məcəllələrinə dəyişikliklər, “İşsizlikdən sığorta haqqında” qanun layihəsinin müzakirəsidir.

 

Qeyd edək ki, Milli Məclisin may ayının 23-ə və 30-a təyin olunmuş plenar iclasları sonradan birləşdirilərək mayın 31-ə təyin olunub. /apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar