Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib
29.01.2016 441 0.0 0

Milli Məclisin Regional məsələlər komitəsinin 2016-cı il yaz sessiyasında ilk iclası keçirilib.
 
Qazeta.info APA-nın məlumatıma əsasən bildirir ki, komitə sədri Arif Rəhimzadə bildirib ki, ötən sessiya müddətində komitənin 4 iclası keçirilib və 10-u qanun layihəsi olmaqla, 12 məsələ müzakirə edilib. 

Dövr ərzində komitənin ünvanına 209 məktub, təklif, ərizə və şikayət daxil olub. Bunlardan 116-sı araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib.
 
İclasın gündəliyində “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanuna əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”ında dəyişiklik edilməsi barədə” qanun layihəsi də yer almışdı. Qeyd edildi ki, dəyişikliyə əsasən Naxçıvan Muxtar Respublikasının Babək rayonu Qoşadizə kəndi inzibati ərazi vahidi kimi ləğv olunduğundan “Azərbaycan Respublikası bələdiyyələrinin siyahısı”ndan çıxarılır.
 
Komitə üzvləri 2015-ci il payız sessiyası ərzində görülən işlər barədə hesabatı, eyni zamanda qarşıda duran məsələləri məqbul sayıblar. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar