Milli Məclisin ittiham dolu iclası
18.04.2016 480 0.0 0

ANS-in Qızıl Fondu 1993-cü ildə Gəncə hadisələrinə görə  Milli Məclisdə deputatların bir-birinə ittiham dolu çıxışlarından bəhs edən videokadrları təqdim edir. Millət vəkilləri baş verən hadisələrlə bağlı  bir-birinə qarşılıqlı ittihamlar səsləndirirlər.

13 iyun 1993-cü ildə Milli Məclisdə Gəncə hadisələri  ilə bağlı gərgin müzakirələr başlayıb. Gəncədəki hərbi qiyamı yatırmaq üçün həyata keçirilən uğursuz əməliyyata görə məsuliyyət daşıyan AXC iqtidarının ikinci şəxsi, parlamentin sədri İsa Qəmbər istefa verib. Onun istefasını Surət Hüseynovun başçılıq etdiyi qiyamçılar dəstəsi tələb edirdi.

4 iyun 1993 -cü ildə Gəncədə Azərbaycan ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub, hər iki tərəfdən 35 nəfər həlak olub. Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüblər. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb, ölkə vətəndaş müharibəsi astanasına gəlib./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar