Milli Məclis hökumətin hesabatını qəbul edib - YENİLƏNİB
17.03.2017 1042 0.0 0

Azərbaycan Nazirlər Kabinetinin 2016-cı il üzrə fəaliyyəti haqqında hesabat Milli Məclis tərəfindən qəbul olunub.
 
APA-nın məlumatına görə, Milli Məclisin bu gün keçirilən iclasında baş nazir Artur Rəsizadə tərəfindən təqdim olunan hesabat müzakirəyə çıxarılıb.
 
Spiker Oqtay Əsədov deyib ki, müzakiərlərdə ümumilikdə 28 deputat çıxış edib və hökumətin hesabatı məqbul hesab edilir.
 
Müzakirədən sonra hesabat səsə qoyularaq qəbul olunub.

*****

Azərbaycan Milli Məclisinin növbəti plenar iclası keçirilir. Məlumata görə, iclası sədr Oqtay Əsədov açıq elan edib.
 
İclasda Nazirlər Kabinetinin 2016-cı il üzrə fəaliyyəti haqqında hesabatı dinlənilir.
 
Hesabatı baş nazir Artur Rəsizadə təqdim edir.
 
İclasda Nazirlər kabinetinin üzvləri də iştirak edir./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar