Milli Məclis gələn ilin yaşayış minimumu və ehtiyac meyarının həddini təsdiqləyib
03.12.2021 305 0.0 0

Milli Məclisin bu gün keçirilən iclasında “2022-ci il üçün yaşayış minimumu haqqında”  və “2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihələri III oxunuşda müzakirəyə çıxarılıb.

Qazeta.info "Report"a istinadla xəbər verir ki, qanun layihəsinə əsasən, ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə 2022-ci il üçün ehtiyac meyarının həddi 200 manat məbləğində təsdiq edilib.

 

Bundan başqa, iclasda gələn il üçün yaşayış minimumu ölkə üzrə 210 manat, əmək qabiliyyətli əhali üçün 220 manat, pensiyaçılar üçün 176 manat, uşaqlar üçün 193 manat məbləğində müəyyən edilib.

Milli Məclis layihəni III oxunuşda təsdiqləyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar