Mikayıl Cabbarov təhsil şöbələrinin qanunsuz hərəkətlərindən danışıb
05.05.2015 617 0.0 0

“Təhsil Nazirliyi tərəfindən aparılan monitorinqlər nəticəsində bir sıra rayon təhsil şöbələrinin fəaliyyətində bəzi müəllim vakansiyalarının gizlədilməsi halları aşkarlanır”.

Xəbərə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü münasibətilə şagirdlər arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib. Nazir bildirib ki, təhsil şöbələri tərəfindən müəllim vakansiyalarının müsabiqəyə çıxarılmaması hallarına  rast gəlinir. Onun sözlərinə görə, bu hallar barədə  ictimaiyyətə və  aidiyyatı dövlət orqanlarına məlumatlar daima çatdırılacaq və müvafiq cəza tədbirləri görüləcək.
 
M.Cabbarov qeyd edib ki, bu tədris ilində məktəb direktoru  və direktoru olmaq arzusunda olan kadrlar üçün təlim kursları təşkil edilib, bir sıra direktorlar artıq məktəblərdə fəaliyyət göstərir. Yeni tədris ilində onlarla belə kursdan keçmiş direktorların yeni  təyinatı gözlənilir: “Bundan əlavə, müəllimlərin etik davranış qaydaları təsdiq edilib. Buna uyğun yeni müəllim kimi fəaliyyətə başlayanlar müəllim andı içərək işə başlayıblar”./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar