Metrodan istifadə edənlərin nəzərinə-Köhnə kartlar bu tarixdən etibarən istifadə olunmayacaq
06.08.2015 721 0.0 0

Bakıda ictimai nəqliyyat - metro və abtobuslar vahid ödəniş kartına keçir. Məlumata görə, bu gün Bakı Metropolitenində "BakıKart"ın təqdimatı baş tutub. 

Təqdimatda bildirilib ki, tədimatda bildirilib ki, avqustun 8-dən etibarən metro stansiyalarına daxil olmaq üçün vahid ödəniş kartı kimi "BakıKart" və "BakıKart Məhdud istifadə üçün" kartlarından istifadə ediləcək. İlk mərhələdə bu kartlardan "BakuBUS" və Bakı metro stansiyalarında ödəniş üçün istifadəsi nəzərdə tutulub.

Kartları bütün stansiyaların vestibüllərində və "BakuBUS" MMC-yə məxsus marşrutların dayanacaqlarında quraşdırılmış terminallardan almaq mümkün olacaq. 

Plastik kartın qiyməti 2 manatdır, 1 gediş haqqı 20 qəpikdir. Bu kart nəqiyyat vasitələrinin daimi istifadəçiləri üçün nəzərdə tutulub. Balansını bütün terminallardan artırmaq mümkündür.

"BakıKart Məhdud istifadə üçün" kartının qiyməti isə 20 qəpikdir. Alındığı zaman yalnız 4 gediş yükləmək mümkündür. Bu, şəhərin qonaqları, nəqliyyat vasitələrindən daimi istifadə etməyənlər üçün nəzərdə tutulub.

 


Yeni "BakıKart"


Avqustun 15-də Bakıda köhnə metro kartlarının alışı və onlara balans yüklənməsi dayandırılacaq. Ümumilikdə bu kartların istifadəsi isə sentyabrın 30-dək yekunlaşdırılacaq. ANS PRESS-in məlumatına görə, Bakı Metropoliteni QSC-nin hərəkət rəhbəri Etibar İsayev jurnalistlərə açıqlamasında bu barədə deyib.

Onun sözlərinə görə, sentyabrın 30-dək bütün terminalların quraşdırılması nəzərdə tutulub. "Metropolitenin işini dayandıra bilmədiyimiz üçün biz terminalları mərhələli şəkildə quraşdıracağıq".

"Bakıkart" layihəsinin rəhbəri Ceyhun Əliyev bildirib ki, avqustun 15-dək hazırda istifadə edilən "Metrokart"ın girov dəyəri nağd şəkildə geri qaytarılacaq. Qeyd olunan tarixdən sonra bu mümkün olmayacaq. Üstəlik, "Metrokart"ı "Bakıkart" ilə dəyişdirmək mümkün olmayacaq. 

"Metrokart"dan 2 şəkildə gediş haqqı olaraq istifadə oluna bilər: 
1."Metrokart"ın girov dəyəri "Metrokart"a gediş haqqı olaraq yüklənir. "Metrokart"ın balansı sıfır olduqda atılır və yeni "Bakıkart" alınaraq istifadə olunur. 

2."Metrokart"ın girov dəyəri və balansında olan məbləğ "BakıKart"a köçürülərək istifadə edilir.

"Metrokart"ın girov dəyəri və balansında olan məbləğ "BakıKart"a köçürmək istəyən sərnişinlər yeni terminal vasitəsilə "Bakıkart"ı alıb istifadədə olan "Metrokart"ı ilə birlikdə stansiyanın xəzinədarına təqdim etməlidir. Bir ədəd "Metrokart"ın girov dəyərini və ona yüklənmiş məbləği yalnız bir ədəd "Bakıkart"a transfer etmək mümkündür. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar