Metroda qadınlar üçün xüsusi vaqonlar
23.06.2017 667 0.0 0

Çinin cənubundakı Quançjou şəhər metropolitenində qadınlar üçün xüsusi vaqonlar ayrılacaq.

Məlumata görə, bu təkliflə bağlı sınaqlar iyun ayının sonundan etibarən başlayacaq.

Metropoliten administrasiyası qeyd edir ki, günün pik saatlarında – səhər 7:30-9:30 və axşam 17:00-19:00 arası – qatarın bir vaqonu yalnız qadınlar üçün ayrılacaq.

Günün digər saatlarında kişilər bu vaqonlara daxil ola biləcək./Trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar