Merkel: Türkiyənin bu hərəkəti qarşısında baş əyirəm
01.09.2015 1120 0.0 0

Almaniyanın kansleri Anqela Merkel Türkiyənin suriyalı qaçqınları üçün atdığı addımlar barədə danışıb.Məlumata görə, Türkiyə-Suriya sərhəddində 2 milyon, ölkə daxilində də çox sayda suriyalı qaçqın olduğunu xatırladan Merkel bu hətrəkətinə görə, Türkiyə hökumətini tərifləyib. 

“Son illər Türkiyə suriyalı qaçqınların probleminin həlli üçün çox iş gördü və bu gün sdə görməyə davam edir. Türkiyənin son illərdə elədikləri qarşısında sadəcə baş əyirəm. Türkiyə edə biləcəklərinin son həddinə çatıb. Ona necə yardım edə bilərik, birlikdə necə hərəkət edə bilərik? Bütün bunları Türkiyə ilə birlikdə müzakirə edəcəyik.” 

Merkel həmçinin Türkiyənin İŞİD terror qruplaşması ilə mübarizəyə verdiyi dəstəyi də məmnuniyyətlə qarşıladığını deyib. 

Avropada miqrantlara hücum edən radikal sağçılara qarşı kəskin mövqeyin davam edəcəyini vurğulayan Merkel bildirib ki, başqalarının ləyaqətini müzakirə mövzusu edənlərə aman verilməyəcək. Merkel həmçinin mülki əhalini radikal sağçıların aksiyalarına qoşulmamağa çağırıb. /anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar