Merkel Şröderin `Rosneft` rəhbərliyində təmsil olunmasını anormal adlandırıb
21.08.2017 596 0.0 0

Almaniya federal kansleri Angela Merkel sabiq kansler Gerhard Şröderin Rusiyanın dövlət şirkəti “Rosneft”in Direktorlar Şurasına üzv seçilməsini tənqid edib.

 

Məlumata görə, A. Merkel “Bild” qəzetinə açıqlamasında bunu anormal adlandırıb: “Şröderin hərəkəti normal deyil”.  

 

A. Merkel siyasi karyerasını tamamladıqdan sonra biznesə getməyəcəyini söyləyib.

 

Qeyd edək ki, G. Şröder bu vəzifəyə “Rosneft”in rəhbəri İqor Seçin və beynəlxalq səhmdarlar tərəfindən dəvət olunduğunu və bu dəvətdən imtina etməyəcəyini deyib. O, ildə 350 min dollar alacaq.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar