Mehman Hüseynov barəsində hökmdən kassasiya şikayəti verilib
15.05.2017 709 0.0 0

Həbsdə olan bloqger Mehman Hüseynovun barəsində olan hökmdən kassasiya şikayəti verilib.

 

APA-nın məlumatına görə, bu barədə vəkil Elçin Sadıqov məlumat yayıb. O, kassasiya şikayətində M. Hüseynov barəsində bəraət hökmünün çıxarılmasının xahiş edildiyini bildirib.

 

Qeyd edək ki, Nəsimi RPİ-nin rəisi Musa Musayev M.Hüseynovu xüsusi ittiham qaydasında məhkəməyə verib. O, bloqgerin Cinayət Məcəlləsinin 147.2-ci (böhtan, ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunmasını və cəzalanmasını istəyib.

 

Suraxanı Rayon Məhkəməsinin hökmü ilə M.Hüseynov 2 il müddətinə azadlıqdan məhrum edilib. O, məhkəmə zalında həbs olunub. Hökmdən apellyasiya şikayəti verilsə də, təmin edilməyib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar