Medvedev: `Rusiya Ankaradakı səfiri Andrey Karlovun qətlini cavabsız qoymayacaq`
20.12.2016 1062 0.0 0

"Rusiya Ankaradakı səfiri Andrey Karlovun qətlini cavabsız qoymayacaq".

Qazeta.info APA-ya istinadla bildirir ki, bunu Rusiyanın baş naziri Dmitri Medvedev bildirib.

"Sui-qəsdi təşkil edənlərin hamısı buna görə cavab verməlidirlər",-deyə Rusiya baş naziri vurğulayıb.

Qeyd edək ki, bu gün axşam saatlarında Rusiyanın Ankaradakı səfiri Andrey Karlov qatıldığı tədbirdə sui-qəsdə məruz qalıb. Terrorçu diplomata odlu silahdan bir neçə dəfə atəş açıb. Nəticədə səfir həyatını itirib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar