«Maşın» şounu tərk edən aktyorun ürəkağrıdan sözləri (VİDEO)
19.05.2015 1298 0.0 0

ANS TV-də yayımlanan "Maşın" şounun növbəti buraxılışı da yaddaqalan olub.

Məlumata görə, “Maşın” realiti-şousunun iştirakçıları ötən buraxılışda gizli səsvermə ilə SMS səsverməsinə çıxarılan Allahverdi Yolçuyevin xəstə anasına baş çəkiblər. 

Aktyor anasına olan bağlılığından söz açıb: “Anamla mən, elə bil ki, eyni insanıq; ona bir şey olanda, ya xəstələnəndə, mən tamam depressiyaya düşürəm.”

Bundan başqa o, anasının əl qabiliyyətindən də ağızdolusu danışıb. Bildirib ki, şou əhlinin bir çox nümayəndələri, başda Aygün xanım olmaqla anasının əl qabiliyyətinin şahidi olub. 

A.Yolçuyev həmçinin, kədərli notlara da toxunub: “Biz dayanacağı bilinməyən bir qatarda gedirik; nə vaxtsa bu qatar hardasa dayanacaq, vəssalam – hər şey qurtaracaq.”

Qeyd edək ki, şounun ötən gecəki buraxılışında Allahverdi Y. sonda 42.61% səs yığaraq yarışmanı tərk edib.

Şouda iştirakını davam etdirənlər əməkdar artist M.Xanlarova, müğənnilər Emil Bədəlov, Xatirə İslam, Samir Cavadzadə, Aşıq Əli, meyxanaçı Rəşad Dağlı və stilist A.Ağakişiyevdir.

Qeyd edək ki, veriliş hər axşam saat 22:00-da yayımlanır./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar