Masazır üçün təhlükə var
08.05.2015 965 0.0 0

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev Abşeron rayonunun Masazır qəsəbəsindəki yaşayış evlərinin altında baş verən qaz sızmasına münasibət bildirib.

Məlumata görə, o bildirib ki, evlərin altından sızan şist qazıdır: "Həmin ərazidə şist qaz və bitum layları var. Məhz buna görə, həmin ərazidə baş verən qaz sızması təbii haldır. Sızan qaz ətrafa təhlükə yaradır."

APA-nın xəbərinə görə, SOCAR prezidenti deyib ki, şist qaz və bitum laylarının üzərində evlərin tikintisi qanunsuzdur. Yaxın vaxtlarda Azərbaycan hökuməti bu məsələ ilə bağlı müvafiq qərar çıxaracaq./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar