Maqsud Mahmudov: `Eldar Mahmudovla bir həyətdə böyümüşəm, məndən borc pul alıb`
06.04.2022 190 0.0 0

Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə iclasında zərərçəkmiş ifadə verib.

"Report"un xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Aslan Qəhrəmanov söyləyib ki, M.Mahmudovla qohumluq münasibətləri olub: "Mən obyektimi satışa çıxartmışdm. Maqsudun problemi vardı, məndən qohumluq xatirinə borca pul istədi. Məndə obyektimi təklif etdim. Maqsud isə obyekti satıb pulunu ələ keçirdi".

M.Mahmudov zərərçəkmiş Aslan Qəhramanovdan 120 min manat almasına aydınlıq gətirib.

O deyib ki, A.Qəhrəmanovu 2009-cu ildən tanıyır: "O vaxtı bir məsələ ilə bağlı Milli Təhlükəsizlik Nazirliyinə çağırıb rüşvət istədilər. Nazirlikdə məndən bir “Gallendevagen" və 250 min manat tələb etdilər, əksər halda həbs edəcəkdilər. Aslanla kirvə idik, ondan120 min manat borc istədim. Aslan da sağ olsun, dedi ki, obyektim var, onu sat, pulu götür. Həmin obyekti 250 min manata istədilər. Aslan isə 450 min manata satırdı. Mənə bildirdi ki, 400 min manata sənə görə satıram. Daha sonra bir müştəri 290 min manata almaq istədi, razılaşdıq.

Onu da vurğulayım ki, mən keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovla uşaqlıqdan bir həyətdə böyümüşəm. O, həmişə məndən borc pul alıb. Nizami küçəsində obyektlərim olub, adımı dələduz adı qoymaq lazım deyil".

Məhkəmə davam edir.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.

O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var. Zərərçəkmişlərdən ikisi müğənni Afət Fərmanqızı və Vasif Məhərrəmlidir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar