Məzhəb müharibəsi qapıda: Tehran-Ər-Riyad savaşı
05.01.2016 705 0.0 0

“Səudiyyə Ərəbistanı və İran arasında gərginlik böyüyərsə, məzhəb müharibəsinin başlanması qaçılmaz olacaq”.



Məlumata görə, bu barədə Yaxın Şərq üzrə ekspert Arif Kəskin deyib.



Onun sözlərinə görə, Tehranda və Ər-Riyadda bu gərginliyin artmasında maraqlı olan qüvvələr var: “İranda radikal mühafizəkarlar prezidenti Həsən Ruhaninin daxili və xarici siyasətindən məmnun deyillər. Onlar bunun üçün müharibənin çıxmasında, ən azından gərginliyin artmasında maraqlıdırlar. Bu böhran 3 ay sonra keçiriləcək seçkilərə də hesablanıb”.



Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı Tehranın Qərblə nüvə məsələsində razılığa gəlməsi fonunda İranla münaqişə yaratmaqda maraqlıdır: “Çünki nüvə razılaşması regional olaraq İranın güclənməsinə səbəb olacaq”.



A. Kəskin əlavə edib ki, Türkiyənin bu məsələdə tutacağı mövqe vacibdir: “Hazırda İran mediası Türkiyəni ittiham edir. Digər tərəfdən, bölgədə İrana və Səudiyyəyə yaxın dövlətlər baş verə biləcək savaşda tərəf tutacaqlar ki, bu da məzhəb müharibəsinə səbəb ola bilər”./publika.az/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar