Məzarı açanda gördüklərinə inanmadılar - Tarix dərsliklərini dəyişəcək tapıntı - FOTO
19.04.2017 5222 0.0 0

Misirdəki antik "Krallar Vadisi" yaxınlığında, 3500 illik 18-ci Xanədandan qalma və dövrün rəhbərlərinə aid yeni mumiyalar tapılıb.
 
Qazeta.info Milli.Az -a istinadən xəbər verir ki, Misirin Antik Əsərlər naziri Xalid Əl-Anani bunun Əl Uksur şəhərinin qərbindəki Dra Abul Naqa nekropolundə aparılan arxeoloji araşdırmalarda firon dövrünə aid altı mumiya olduğunu açıqlayıb.

Əl-Anani mumyalardan birinin böyük ehtimalla, antik şəhərdə sülh hakimi olaraq fəaliyyət göstərmiş bir idarəçi Userhatın mumiyası olduğunu və 18-ci Misir xanədanı dövründən qaldığını sözlərinə əlavə edib.

Misir fironlarının məzarlarının olduğu məşhur "Krallar Vadisi" yaxınlığındakı arxeoloji qazıntını aparan Mustafa Əl Vəziri "ölülər şəhəri"ndə onlarla tarixi əsərlərlə yanaşı, fironlara aid 6 mumiya, tabut və heykəllər aşkar edildiyini açıqlayıb.

Əl Vəziri: "Məzar kiçik olsa da, içərisində xeyli sayda rəngli maska ​​var. Arxeoloji qazıntı zamanı məzardakı mumiyaların naməlum bir xəstəlikdən öldükləri aydın olub".

O,  bundan əlavə, 1050-dən çox tarixi heykəl tapıldığını, qazıntıların davam etdiyini qeyd edib.

 

 

 

 

 

 

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar