Məzahir Pənahov: `Biz istəyirik ki, baş verən xoşagəlməz hallar namizədlərin xeyrinə həll olunsun`
23.12.2019 130 0.0 0

“Biz bütün imkanlardan istifadə edirik ki, xoşagəlməz hallar baş verərsə, onlar namizədlərin xeyrinə həll olunsun”.

Bildirək ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin açıq elan edilməsi ilə bağlı bu gün keçirdiyi mətbuat konfransında deyib

“Gün ərzində bölgələrlə əlaqə saxlayacağıq. Hər hansısa xoşagəlməz hal yaşanarsa, bizə müraciət daxil olarsa, biz qanuna müvafiq qaydada addımlar atacağıq. İndiyə qədər nə qeydiyyatla bağlı, nə də sonrakı proseslərdə Mərkəzi Seçki Komissiyasına heç bir şikayət daxil olmayb. Ancaq "qaynar xətt" vasitəsilə müraciətlər daxil olub. Onlar da texniki xarakter daşıyır. Ona görə də gün ərzində Azərbaycanda keçirilən seçkiləri izləmək üçün dünyanın bütün nöqtəsindən istənilən şəxsin heç bir akkreditasiyadan keçmədən onlayn şəkildə sayta daxil olaraq seçki prosesini müşahidə edə bilər”, - deyə M.Pənahov əlavə edib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar