Mərkəzi Neftçilər Xəstəxanasında stasionar müalicə alan xəstələrin siyahısı
06.12.2015 431 0.0 0

Günəşli yatağındakı qəza baş vermiş 10 saylı dərin dəniz özülündən təxliyyə edilmiş SOCAR əməkdaşları Mərkəzi Neftçilər Xəstəxanasında müayinədən keçirilib.

Qazeta.info Trend-in məlumatına əsasən bildirir ki, xəstəxanaya ümumilikdə 31 müraciət olunub, 22 nəfər ambulator müalicəyə cəlb edilib.

1 nəfər Yanıq Mərkəzinə göndərilib, 8 xəstə isə müxtəlif diaqnozlarla Mərkəzi Neftçilər Xəstəxanasının stasionarına qəbul edilib.

Aşağıda stasionara qəbul olunan xəstələrin siyahısı verilmişdir:

Rəcəbov Mərdan-qabırğa sınığı

Məmmədov Allahverdi-bazunun sınığı

Əliyeva Məlahət-bel fəqərəsinin sınığı

Hüseynov Rəşid-kəllə beyin silkələnməsi

Abbasov Mais-alın nahiyyəsinin kəsilmış, cırılmış yarası

Əliyev Ənvər-alın nahiyyəsinin burun göz altı yarası

Cəfərov Faiq-hipotermiya,başın yumşaq toxumaların əzilməsi

Orucov Atakişi-hipotoniya,yumşaq toxumaların əzilməsi

Xatırladaq ki, ötən gün axşam saatlarında “Günəşli” yatağındakı 10-cu özüldə güclü yanğın baş verib

10-cu dərin dəniz özülündə yanğının baş verməsi qaz xəttini sıradan çıxması nəticəsində baş verib.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar