Mərkəzi Bankının valyuta ehtiyatları bu il 50% azalıb
07.11.2015 579 0.0 0

Azərbaycan Mərkəzi Bankının (AMB) rəsmi valyuta ehtiyatları 2015-ci ilin oktyabr ayı ərzində 180,1 mln. dollar və ya 2,57% azalaraq noyabrın 1-nə 6 834,6 mln. dollar təşkil edib.

 AMB-yə istinadən verilən xəbərə görə, valyuta ehtiyatlarında ilin əvvəli ilə müqayisədə 50,3% və ya 6 923,7 mln. dollar azalma müşahidə olunub. Ötən ilin eyni dövrü ilə müqayisədə isə valyuta ehtiyatları 54,5% və ya 8 199 mln. dollar azalıb.

Hesabata əsasən, bu ilin fevralında həyata keçirilən milli valyutanın devalvasiyasından sonra - martın 1-dən noyabrın 1-dək valyuta ehtiyatlarında 4 169,8 mln. dollar və ya 37,9% azalma olub.

Qeyd edək ki, cari il yanvarın 1-nə AMB-nin rəsmi valyuta ehtiyatları 13 758,3 mln. dollar təşkil edib. Yanvardan azalmağa başlayan ehtiyatlar fevralın 1-nə 12 680,8 mln. dollar, martın 1-nə 11 004,4 mln. dollar, aprelin 1-nə 9 472,1 mln. dollar, mayın 1-nə 8 387,9 mln. dollar, iyunun 1-nə 8 430,8 mln. dollar olub. İyunda nisbətən artan valyuta ehtiyatlarının həcmi iyulun 1-nə 8 520,2 mln. dollara qalxsa da, daha sonra, iyul-avqust aylarında azalma davam edib. Ehtiyatların həcmi avqustun 1-nə 8 501,5 mln. dollara, sentyabrın 1-nə isə 7 315,4 mln. dollara enib. Rəsmi valyuta ehtiyatları illik müqayisədə 53,17% azalaraq cari ilin oktyabrın 1-nə 7 044,2 mln. dollara düşüb. Təkcə bu ilin sentyabr ayında ehtiyatlar 3,7% azalıb. İlin əvvəli ilə müqayisədə isə azalma 48,8% olub./report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar