Mərkəzi Bankın İdarə heyətinə yeni üzv təyin edilib
12.04.2022 331 0.0 0

Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinə yeni üzv təyin edilib.

Məlumata görə, bununla bağlı məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilib.

Belə ki, iclasda Taleh Kazımovun Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin üzvü vəzifəsinə təyin edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin qərarının layihəsi müzakirəyə çıxarılıb.

 

Müzakirələrdən sonra sənəd səsverməyə çıxarılaraq qəbul edilib./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar