Məmmədyarov iddiaçılar turnirinin VII turunda heç-heçəyə razılaşıb
19.03.2018 1122 0.0 0

Berlində şahmat tacına iddiaçıların turniri davam edir. Apasport.az saytının məlumatına görə, yarışın VII turunda azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Aleksandr Qrişukla üz-üzə gəlib.
 
Ötən turda ağ fiqurlarla Vladimir Kramnikə qalib gələn Məmmədyarov bu dəfə qara fiqurlarla oynayıb. Görüş erkən heç-heçə ilə nəticələnib. 
 
Bundan istifadə edən Karuana isə Aronyanı məğlub edərək, vahid liderə çevrilib. 
 
 
İddiaçılar turniri
VII tur

 
Aleksandr Qrişuk – Şəhriyar Məmmədyarov - 0,5:0,5
Sergey Karyakin – Uesli So - 1:0
Levon Aronyan – Fabiano Karuana - 0:1
Vladimir Kramnik – Liren Dinq - 0,5:0,5
 
 
Turnir cədvəli: Karuana - 5 xal; Məmmədyarov – 4,5; Qrişuk, Kramnik, Dinq - 3,5; Karyakin - 3; Aronyan, So – 2,5


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar