Məktəbli ürəyindən bıçaqlanaraq öldürülüb
13.02.2018 758 0.0 0

Gəncədə 17 yaşlı oğlan küçədə bıçaqlanıb.

 

 

 

Qazeta.info APA-nın verdiyi məlumata əsasən bildirir ki, 11-ci sinif şagirdi, 2001-ci il təvəllüdlü Elnur Həsən oğlu Bağırov şəhərin Tağı Arani küçəsində ürəyindən bıçaqlanıb.

 

E. Bağırov xəstəxanaya yerləşdirilsə də, həkimlər onu xilas edə bilməyib. Onun kim tərəfindən hansı şəraitdə bıçaqlanması hələlik məlum deyil.

 

Faktla bağlı araşdırma aparılır. 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar