Məkkəyə nəzarət Azərbaycana keçə bilər
09.11.2015 1094 0.0 0

Müsəlman dövlətlərinin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) növbəti sammitlərinin birində Həcc ziyarəti ilə bağlı yeni məsələ gündəmə gətirəcək.

Məlumata görə, quruma üzv ölkələr Məkkəyə baş tutan ziyarətlərdə ortaq nəzarət mexanizminin yaradılması təklifi ilə çıxış edəcəklər. Məqsəd isə Həcc ziyarəti zamanı yaşanan xoşagəlməz halların, ölüm hadisələrinin qarşısını almaqdır.

Əsas müzakirə olunacaq mövzulardan biri Məkkəyə edilən ziyarətlərdə zəvvarlarla əlaqədar məsələlərin Səudiyyə Ərəbistanının nəzarətindən çıxarılması və yeni ortaq nəzarət modelinin yaranması aktuallıq kəsb edir.

Təşkilat bu qərara sonuncu Həcc ziyarəti zamanı yaşanan böyük insan itkisindən sonra gəlib. 

Məlumatda o da qeyd edilir ki, artıq İƏT-ə üzv dövlətlərin əksəriyyəti bu məsələ ilə razılaşıblar. Bundan xəbər tutan Səudiyyə Ərəbistanı isə yeni təkliflə çıxış etmək niyyətindədir.

İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının bu ilin may ayının 27-28-də Küveytdə 42-ci sessiyası olub. Şura ildə bir dəfə toplanır. 

İslam Əməkdaşlıq Təşkilatının dövlət və hökumət başçılarının zirvə toplantısı isə 3 ildən bir keçirilir. Axırıncı zirvə toplantısı 2013-cü ildə Qahirədə olub. Belə bir tədirin növbəti dəfə Türkiyədə olacağı gözlənilir.

Bu il Məkkəyə ziyarətə gedənlər dörd dəfə fəlakətlə rastlaşıblar. Belə ki, Səudiyyə Ərəbistanın Məkkə şəhərində əvvəlcə daşqın olub. Daha sonra isə Məscidi Həramda kranın aşması nəticəsində 107 nəfər ölüb, 238 nəfər isə xəsarət alıb. Ardınca Məkkədə dağ uçqunu nəticəsində azı 2 nəfər dünyasını dəyişib. Sonuncu hadisə isə Mina dağındakı izdiham zamanı 4 min 700 nəfərin ölməsi ilə nəticələnən faciə olub. 

 


Mina dağında baş verən faciədən sonra

Baş vermiş bu hadisələr Həcc mərasiminin icrasının Səudiyyə Ərəbistanından alınmasını gündəmə gətirib.

Azərbaycan da İƏT-nın üzvü olduğu üçün Məkkəyə edilən ziyarətə nəzarətdə Azərbaycanın iştirakı istisna edilmir. Amma bu o qədər də real görünmür. Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin sədri Hacı Şahin Həsənli, əslində, ziyarətin təşkili zamanı Səudiyyə Ərəbistanının iştirakının azadılacağının gözlənildiyi bildirdi:

"İslam Əməkdaşlıq Təşkilatının atdığı bu addım normaldır. Bu il Məkkədə ard-arda baş verən faciələrdən sonra bu məsələ gündəmdə olaraq qalır. Düzdür, inanmıram ki, Səudiyyə Ərəbistanı Məkkənin onun əlindən alınması ilə razılaşsın, amma təşkilat qərar çıxartsa, Ərəbistan da onu qəbul etmək məcburiyyətindədir!", - deyə Hacı Şahin əlavə etdi.

Təşkilata üzv olan digər ölkələrin məmurları da baş verən bu faciələrdən sonra etiraz təbili çalıblar. İlk etiraz edən İran olub. İranın Xarici İşlər nazirinin köməkçisi Əmir Hüseyin Abdullahiyan müsahibələrinin birində Səudiyyə Ərəbistanın Məkkəni idarə edə bilməməsini və baş verənlərdə bir başa onun günahkar olduğu deyilir. Hətta İranın dini rəhbəri Ayətullah Xamneyi Minadakı faciə ilə bağlı İslam dünyasını Səudiyyə Ərəbistanına qarşı addımlar atmağa dəvət edib. Builki Qurban bayramının yasa çevrildiyini bildirən ali dini rəhbər Səud ailəsini İslam dünyasından üzr istəməyə dəvət edib.
Digər tərəfdən sentyabr ayında Pakistanın baş naziri Navaz Şərif qəzada həyatını itirən və yaralanan pakistanlı hacıların əməliyyatları və son vəziyyətlə bağlı paytaxt İslamabadda mətbuat konfransı təşkil edib. O da günahkar kimi Səudiyyə Ərəbistanı təqsirləndirib. 
Hindistanın xarici işlər naziri Suşma Svaraj da Mina dağında zərər çəkən zəvvarlarla bağlı pakistanlı baş nazirlə eyni fikirdədir. O, öz şəxsi "Twitter" səhifəsində ölən hindli hacılar haqqında yazıb və baş vermiş hadisədə Səudiyyə Ərəbistanını günahlandırıb.
Bununla bağlı Türkiyə çıxış edərək, məsələyə nöqtə qoyanadək Türkiyənin İranla həmfikir olduğunu deyib.

Kral ailəsini ən çox tənqid edən ölkələr arasında İranla yanaşı, Nigeriya və İndoneziya da var. Onlar da təhlükəsizlik baxımından Səudiyyə Ərəbistanının heç bir tədbir görməməsindən şikayətçidirlər. 

 

Məkkənin idarəolunmasını Səudiyyə Ərəbistanın əlindən alınmasını almaq istəyən ölkələr

 


Krallığın kvotadan artıq ziyarətçi qəbul etməsi, hətta şeytana atılan daşları təkrarən zəvvarlara sataraq milyonlarla dollar gəlir əldə etməsi, eləcə də qurbanlıq heyvanların kəsimindən əldə olunan pullardan çətin ki, səud ailəsi bu cür asanlıqla imtina etsin. 

Amma bir şeyi unutmaq lazım deyil ki, Həcc turizm məkanı deyil, müsəlmanların dini inanclarından irəli gələn və vacib buyurulan bir əməldir. Odur ki, Allah buyurduğu bu vacib əməli ticarət obyektinə çevirmək böyük günahlardan biridir./anspress/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar