ÇOXDAN GÖZLƏNİLƏN YOL BU GÜN AÇILIR
15.12.2014 1290 0.0 0

Prospektinin əsas yolunda üfüqi nişanlanma, yol nişanları və lövhələrin quraşdırılması başa çatdırılıb. Hazırda köməkçi hissələrdə yol nişanlarının quraşdırılması və üfüqi nişanlanma işləri aparılır.

 

Bu məlumatı  Ziya Bünyadov prospektində gedən təmirin yekunlaşması ilə əlaqədar Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-dən  veriblər.

 

Məlumata görə, bundan əlavə prospektin Böyük Şor yol qovşağına birləşən sahəsində və dönmə əməliyyatı üçün nəzərdə tutulan hissəsində asfalt-beton örtüyünün sonuncu qatının vurulması hazırda davam etdirilir.

 

Hava şəraiti imkan verərsə işlərin gün ərzində başa çatdırılması gözlənilir.

 

Həmin sahədə işlər bu gün yekunlaşarsa səhər saatlarında sözügedən bağlı hissənin açılması planlaşdırılır.//APA


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar