Əmək qanunvericiliyinin tələblərini pozan müəssisələr cərimələniblər
10.09.2015 506 0.0 0

Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı 1687 hüquq pozuntusu faktı aşkar edib

 Qazeta.info   Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə istinadla qeyd edir ki,  Dövlət Əmək Müfəttişliyi Xidməti (DƏMX) cari ilin avqust ayında əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti zamanı 1687 hüquq pozuntusu faktı aşkar edib. 
   Hüquq pozuntularının aradan qaldırılması, işçi hüquqlarının bərpası istiqamətində DƏMX tərəfindən müvafiq tədbirlər görülüb. Əmək qanunvericiliyinin tələblərini pozan işəgötürənlərə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq cərimələr tətbiq olunub və  həmin cərimələrin 30,4 faizi, yəni 178 838 manatı artıq dövlət büdcəsinə ödənilib. 
   Ümumilikdə işçi hüquqlarının təminatına dövlət nəzarətinin gücləndirilməsi, habelə işəgötürənlər arasında aparılan təbliğat-məlumatlandırma işlərinin müsbət nəticəsi kimi, əmək qanunvericiliyinin pozulması hallarının sayı cari ilin yanvar-avqust aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,7 faiz, o cümlədən avqust ayında 13,8 faiz azalıb.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar