Məhkəmə zalında hakimin sözləri məhkumu ağlatdı (VİDEO, FOTO)
10.07.2015 1066 0.0 0

Artur But avtomobil qaçırdığna, özgə əmlakının oğurlanmasına və polisə müqavimət göstərdiyinə görə həbs edilib. 

Məlumata görə, hakim Mindi Qleyzer ittiham hökmümü elan etdikdən sonra məhkuma onun uşaq olarkən Federal Uey şəhərində yerləşən Notilus məktəbində oxuması barədə sual verib. Bu zaman cinayətkar hakimin onun sinif yoldaşı olduğunu anlayaraq göz yaşlarını saxlaya bilməyib.

 

Həyəcanlı an: hakim Mindi Qleyzer və məhkum Artur But 30 ildən sonra məhkəmə zalında görüşdülər

Hakimin sözlərinə görə Artur sinifdə ən sakit şagirdlərdən biri olub. O həmçinin onların tez-tez futbol və başqa idman oyunlarını oynadıqlarını xatırlayıb. Mindi Qleyzer keçmiş sinif yoldaşının törətdiyi cinayətlərə görə cəzasını çəkəndən sonra layiqli vətəndaş olacağına ümid etdiyini bildirib.

 

Artur sinifdə ən sakit şagirdlərdən biri idi.

Ailə üzvlərinin söyləyir ki, Artur But istedada malik olduğuna görə Nautilus Orta Məktəbinə qəbul edilib və onun arzusu neyrocərrah peşəsinə yiyələnmək olub. 

"Sizi burada görməkdən təəssüf hissi keçirirəm. Sizin sonrakı taleyiniz mənim üçün hər zaman çox maraqlı olub", — deyə hakim Mindi Qleyzer söyləyib.

Qeyd edək ki, məhkəmə Butun azad edilməsinə görə 43 min ABŞ dolları məbləğində girov təyin edib./anspress/

 

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar