Məhkəmə Elinanın ailəsinin bütün istəklərinə `yox` deyir
09.08.2019 636 0.0 0

İntihar edən səkkizinci sinif şagirdi Elina Hacıyevanın ailəsi məhkəmənin gedişindən narazıdır.

Məktəblinin yaxınları 162 saylı məktəbin direktoru Sevinc Abbasovanın həbs olunmasını istəyir. Buna görə apellyasiya şikayəti verilib.

Qazeta.info Bizimyol.info -a istinadla xəbər verir ki, zərərçəkən tərəfin şikayəti təmin olunmayıb. Bu haqda vəkil Sevinc Əliyeva məlumat verib. Onun dediyinə görə, məhkəmə direktorun bütün çağırışlara gəlməsini, istintaqın gedişinə mane olmamasını əsas gətirir.

Elinanın ailəsi həkimlərin də məsuliyyətə cəlb olunmasını tələb edirdi. Amma ekspertiza onların xeyrinə rəy verib. Rəydə Elinanın xəstəxanaya gec çatdırılmasına görə həyatını itirdiyi yazılıb.

Zərərçəkmiş tərəf təkrar ekspertiza keçirilməsini istəyir. Bu vəsatət də təmin olunmayıb.

Elinanın ailəsi həkimləri məsuliyyətsizlikdə, direktor Sevinc Abbasovanı isə qızlarını vaxtında xəstəxanaya aparmağa imkan verməməkdə ittiham edir.


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar