Məhəmməd peyğəmbərin soyundan gələn MƏŞHURLAR - FOTO
24.11.2016 1241 0.0 0

Professor Qari Murfi tərəfindən gündəmə bomba kimi düşəcək və böyük səs-küy yaradacaq araşdırma aparılıb.

Araşdırmanın nəticələrinə görə, Ərəb yarımadasında, Şimali Afrikada və Avropa ölkələrində yaşayan milyonlarla insanın kökü peyğəmbərimiz Həzrəti Məhəmmədin (s.ə.v.) nəslinə gedib çıxır. Murfi inkişaf etdirdiyi modeldən və müasir texnologiyanın imkanlardan faydalanaraq Məhəmməd (s.ə.v.) peyğəmbərin nəslinin dünya üzərində necə yayılmasının xəritəsini çıxarıb. Və belə nəticəyə gəlib ki, peyğəmbərimizin qan bağı olan milyonlarla insanın yaşadığı coğrafiya üç qitəni aşıb.
Qazeta.info Publika.az-a istinadla professor Murfinin Peyğəmbərimizin nəslindən olduğunu iddia etdiyi məşhurların bəzilərini təqdim edir.
İddialara görə, Mustafa Kamal Atatürk Peyğəmbərimizin soyundandır.

 


Türkiyənin Cümhuriyyət və Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu. O, özü Məhəmməd (s.ə.v.) soyundan gəldiyini iddia edir.

 


Amerikalı aktyoru Hamfri Boqart.

 

 

Misirin köhnə din xadimi Əli Cümənin iddiasına görə, İngiltərə kraliçası II Yelizabet də Məhəmməd (s.ə.v.) peyğəmbərin nəslindənir.

 


İtaliya şahzadəsi Maria Torlonia.

 


Aktyor Nəcati Şaşmazın iddiasına görə, o da peyğəmbərimizin soyundandır.

 


Dublin Universitetinin alimi Mark Humfrisə görə, tanınmış aktyor Şilds Bruk da Məhəmməd (s.ə.v.) peyğəmbərin nəslindən gəlir.

 


Məşhur aktrisa Odri Hepbernin də peyğəmbərimizin soyundan gəldiyi iddia olunur.

 


Mənbə http://odatv.com/ataturk-hz.-huseyinin-soyundan-geliyor-0701141200.html


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar