Məhəmməd adı Avstriyada uşaqlara verilən ən populyar adlar sırasındadır
13.11.2017 734 0.0 0

Müsəlman kişi adı olan Məhəmməd Avstriyanın paytaxtı Vyanda yeni doğulan uşaqlara verilən ən populyar adlar sırasına daxil olub.

TASS-a istinadən xəbər verilir ki, statistika bu adın son beş il ərzində təkcə oğlanlara verilən adlarda ilk onluqda olmaqla deyil, həm də siyahının zirvəsinə doğru hərəkət etdiyini göstərir.

2010-cu ildə 99, 2011-ci ildə 111, 2016-cı ildə isə 124 yeni doğulan körpəyə Məhəmməd adı verilib.

Yerli KİV qeyd edir ki, 2017-ci ilin sonunda bu ad Yaxın Şərq və Afrikadan olan miqrasiyanın hesabına daha da populyarlaşacaq./Report/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar