Mədət Quliyev Milli Qəhrəmanın qardaşına iş verdi
28.04.2017 905 0.0 0

Milli Qəhrəman Çingiz Qurbanovun ailəsinə dövlət tərəfindən növbəti qayğı göstərilib. 

Qazeta.info “Qafqazinfo”nun məlumatına əsasən bildirir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-leytenant Mədət Quliyev Milli Qəhrəmanın qardaşı Beydulla Qurbanovu təmsil etdiyi qurumda işlə təmin edib. B. Qurbanov Azərbaycan Texniki Universitetində qiyabi təhsil alır. 

Xatırladaq ki, ölkə prezidenti tərəfindən Milli Qəhrəmanın ailəsinə Bakının Xətai rayonunda mənzil də verilib. 

Bildirək ki, məlumat DTX tərəfindən təsdiqlənib.

 

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar