Lisenziyası ləğv olunan dörd bankda 140 mln. manatdan çox qorunan əmanət var
22.07.2016 599 0.0 0

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) Direktorlar  Şurasının 21 iyul 2016-cı il tarixli qərarına əsasən lisenziyaları ləğv olunan “Dekabank” ASC, “Kredobank” ASC, “Parabank” ASC və “Zaminbank” ASC-də ümumilikdə 140 mln. 300 min manat məbləğində qorunan əmanət var.
 
Məlumata görə, bu barədə MBNP-nin Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün keçirdiyi mətbuat konfransında deyib.
 
"Əmanətlərə gəlincə, lisenziyası ləğv olunan dörd bankda əhalinin 140 milyon 300 min manat məbləğində qorunan əmanəti var. Bu vəsait Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılacaq. Belə ki, adıçəkilən banklar fondun üzvüdür. Lazım olarsa, Mərkəzi Bank likvidlik dəstəyi göstərəcək", - deyə sədr qeyd edib./apa/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar