Lionel Messi doğma şəhərində evlənib
01.07.2017 1136 0.0 0

Argentina yığmasının və “Barselona”nın futbolçusu Lionel Messi doğma şəhəri Rosarioda Antonella Rokuçço ilə evlənib.

 

Məlumata görə, bu barədə “Todo Noticias” telekanalı məlumat verib.

 

Toy mərasimində 260 qonaq iştirak edib. Onların arasında Messinin klub yoldaşları Neymar, Luis Suares, müğənni Şakira ilə birgə Jerar Pike, eləcə də Karles Puyol, Serxio Aquero və Qonsalo İquain kimi tanınmış simalar olub.

 

Uşaqlıqdan tanış olan Messi ilə Rokuçço on ildən çoxdur ki birgə yaşayırlar. Cütlüyün 4 yaşlı Tyaqo və bir yaşlı Mateo adlı övladları var.

 

Qeyd edək ki, Lionel və Antonella toy mərasiminə gələcək qonaqlardan hədiyyə əvəzinə Messinin uşaqlara yardım məqsədilə təsis etdiyi xeyriyyə fonduna ianə etməyi təklif etmişdilər. /apa/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar