Əli Həsənov XİN əməkdaşlarını sərt tənqid etdi (VİDEO)
14.09.2015 743 0.0 0

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Avropa Parlamentinin Azərbaycanla bağlı çıxardığı qətnaməyə görə Avropada fəaliyyət göstərən diplomatik nümayəndələri, səfirləri sərt tənqid edib. 

ANS TV-nin məlumatına görə, Avropa Parlamentinin qətnaməsinin qərəzli adlandıran baş nazirin müavini bəzi səfirlərin fəaliyyətsizliyini qeyd edib. Əli Həsənov Azərbaycanın 20 faiz torpağının işğal edilməsinə baxmayaraq Avropa Paralamentinin bu faktı görməzlikdən gəldiyini, korrupsiyalaşmış qurum olduğunu söyləyib: 

“Ay erməni pulları ilə korrupsiyalaşmış Avropa Parlamenti hara baxırsan? Amma bizim səfirlərimiz hara baxırdı? Biri xəyanət edir, biri özünə biznes qurur. Bunda bizim də günahımız var. Onlar nə işlə məşğuldurlar? Bu məsələ araşıdırımaılıdır ciddi təbdir görülməlidr”. 

 

Sentyabrın 10-da Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul edib. Qətnamənin mətninə görə Xədicə İsmayıl və Yunus cütlüyünü mühakimə edən hakimlər, rəsmilər və siyasətçilərə qarşı sanksiya məsələsinə baxılması nəzərdə tutulur./anspress/

 


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar