Əli Həsənov Beynəlxalq Türk Xəbər Kanalı haqda bəzi açıqlamalar verib
18.08.2015 484 0.0 0

Beynəlxalq Türk Xəbər Kanalının mənzil qərargahının harada yerləşəcəyi ilə bağlı qərar sonra qəbul ediləcək.

Bu barədə  Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin informasiya nazirləri və mediaya məsul rəhbər şəxslərinin iclasından sonra Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

Ə.Həsənov kanalın mənzil qərargahının Astanada yerləşəcəyi ilə bağlı təkliflərin olduğunu bildirib: “Əlbəttə, “MİR” teleradio şirkətinin fəaliyyət göstərdiyi kimi, kanalın bütün türkdilli ölkələrdə milli nümayəndəlikləri olacaq. Bu ölkə başçılarının səlahiyyətində olan məsələdir. Qərarı onlar verəcək”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, yeni telekanalın nə zaman fəaliyyətə başlayacağı barədə danışmaq hələ tezdir, belə ki, onun maliyyələşmə məsələsi açıq olaraq qalır./trend/


Digər xəbərlər:
Bu gün xəbər əlavə olunmayıb.
Şərhlər
avatar